Musiqi
Musiqi

İsrail bu klipdən sonra favoritlər sırasındadır

İsrail bu klipdən sonra favoritlər sırasındadır

İsrailin dövlət kanalı KAN TV Noa Kirelin maraqla gözlənilən Avroviziya mahnısı “Unicorn”u təqdim edib.

OLAY yazır ki, Noa müxtəlif komandalarla ümumilikdə üç mahnı hazırlayıb və arasından “Unicorn” seçilib. Mahnının yaradıcıları arasında “Toy” və “Golden Boy”un bəstəkarları Doron Madali, Yinon Yahel və May Sfadia da var.

Bununla da, sənətçinin cəsarətli klipi bukmeykerlər proqnozlarında irəliləməyə başlayıb və 7-ci sırada qərarlaşıb. 

Noa Kirel kimdir?

10 aprel 2001-ci il təvəllüdlü aparıcı, aktrisa və müğənni Noa Kirel ilk dəfə sənədli filmlə tamaşaçıların qarşısına çıxıb. O, 2015-ci ildə Youtube-da yerləşdirdiyi video ilə məşhurlaşıb. O, 2017 və 2020-ci illərdə MTV tərəfindən İsrailin ən yaxşı qadın müğənnisi seçilib.