Olay
Olay

“Avroviziya- 2023”ün ilk iştirakçısı seçildi

“Avroviziya- 2023”ün ilk iştirakçısı seçildi

İsrailin dövlət kanalı KAN 2014-cü ildən sonra ilk dəfə seçim komitəsi ilə Avroviziya nümayəndəsini müəyyənləşdirib. 

OLAY yazır ki, dünən baş tutan baş tutan görüşdən sonra 21 yaşlı məşhur pop müğənnisi Noa Kirelin təmsil edəcəyi açıqlanıb.

Noa Kirel kimdir?

10 aprel 2001-ci il təvəllüdlü aparıcı, aktrisa və müğənni Noa Kirel ilk dəfə sənədli filmlə tamaşaçıların qarşısına çıxıb. O, 2015-ci ildə Youtube-da yerləşdirdiyi video ilə məşhurlaşıb. Daha sonra bir çox sinql buraxıb və İsrailin ən məşhur pop qadın müğənnilərindən birinə çevrilib.

O, 2017 və 2020-ci illərdə MTV tərəfindən İsrailin ən yaxşı qadın müğənnisi seçilib. 2020-ci ildə İbrahim Tatlısəsin “Aramam” mahnısı üçün təqdim etdiyi kover işi yüksək qiymətləndirilib.