Musiqi
Musiqi

HammAli Timati ilə duetini təqdim etdi

HammAli Timati ilə duetini təqdim etdi

Reperlər HammAli (Aleksandr Əliyev) və Timati  “Bayu bay” adlı yeni duet təqdim ediblər. 

OLAY yazır ki, mahnı rejissor Zaur Zaseev tərəfindən ekranlaşdırılıb və azərbaycanlı sənətçinin yutub hesabında premyerası olunub. 

“Çox özəl iş. Yenə sevgi haqqındadır. Biz bunu başqa cür necə edəcəyimizi bilmirik...” HammAli sosial şəbəkələrdə layihəni təqdim edərkən bildirib.

Öz növbəsində, Timati HammAli və Navai pərəstişkarlarından üzr istəyir, “sevgi haqqında kədərli mahnıların olmayacağını” qeyd edir və bunları vurğulayır: “Bu, bir il əvvəl qeydə alınan üç mahnıdan birincisidir, davam etdiriləcək”.