Gülşenin təqsirləndirildiyi məhkəmədə rəy verilib.
OLAY yazır ki, prokurorluq müğənninin “Xalqı kin və düşmənliyə təhrik və aşağılama” maddəsilə 1 ildən 3 ilədək həbs edilməsini tələb edib.
Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.
Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunub. Daha sonra ev dustaqlığı şərti ilə azadlığa buraxılıb. Bir müddət sonra onun ev dustlaqlığı qərarı da ləğv edilib.