Ötən günlərdə konsertlərinin birində etdiyi dini zarafata görə həbs olunan müğənni Gülşenin yeni videosu yayılıb.
OLAY yazır ki, sənətçinin keçən aylarda lentə alınan kadrları yeni paylaşılıb. Belə ki, ifaçı səhnə alarkən əzan səsini eşidərək dayanıb.
Dinləyicilərinə əzana qulaq asıb, sonra konsertə davam edəcəyini söyləyib.
Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.
Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunub. Daha sonra ev dustaqlığı şərti ilə azadlığıa buraxılıb.