Musiqi
Musiqi

Eminemin qızı 7 il sonra nişanlandı

Eminemin qızı 7 il sonra nişanlandı

Eminin 27 yaşlı qızı Heyli Ceyd Skot Mathers sevgilisi Evan MakKlintokla nişanlanıb.

OLAY yazır ki, sevgililər 2016-cı ildə görüşməyə başlasalar da, əvvəlcə münasibətlərini gizlədiblər. Yalnız bir neçə il sonra cütlüyün sosial şəbəkələrində birgə fotoları görünməyə başladı. Musiqiçinin qızı Evanla kollecdə oxuyarkən tanış olub. Skot Mathers  psixologiya, Mak Klintok isə iqtisadiyyat üzrə təhsil alıb.

Qeyd edək ki, Heyli Eminemin Kimberli Skotla birgə nikahından dünyaya gəlib. Onlar 1999-cu ildə evləniblər, 2001-ci ildə isə boşanıblar. 2006-cı ildə yenidən evlənsələr də, bu münasibət cəmi bir ay çəkib.