“Avroviziya-2023”lə bağlı daha bir detal bəlli olub.
OLAY yazır ki, müsabiqənin builki loqotipi və şüarı müəyyənləşib. Loqotip göy, sarı çəhrayı rənglərdən ibarət olan ürək şəklində hazırlanıb. Şüar isə “United by music” (Musiqi ilə birləşdi) olub.
Qeyd edək ki, bu il yarışma Liverpulda baş tutacaq. Ötən il qalib Ukrayna olsa da, müharibə şəraitinə görə müsabiqəyə Böyük Britaniya ev sahibliyi edəcək.