Müğənnilər Təranə Qumralla Musa Musayevin kiçik qızı Sevgim nişanlanır.
OLAY yazır ki, “Tarixin bir günü” verilişində qonaq olan sənətçi bu barədə özü məlumat verib. O “Sevgimin sabah ad günüdür, 18 yaşı tamam olur. Ondan sonra toy da ola bilər. Ailə dostumuzdur, bu da qohumluğa çevriləcək”- deyə qeyd edib. Sevgim də bu izdivaca razı olduğunu bildirib.
Qeyd edək ki bir müddət öncə də Təranə Qumralın “Qız uşaqlarını gözü açılmamış ərə vermək lazımdır” ifadəsi geniş müzakirələrə səbəb olmuşdu. Müğənni artıq qızının 18 yaşının tamam olacağını və hətta toy da edə biləcəklərini söyləyib.