Musiqi
Musiqi

Serbiyanın Ukraynaya qarşı bu hərəkəti tənqid edildi

Serbiyanın Ukraynaya qarşı bu hərəkəti tənqid edildi

Serbiyanın “Avroviziya” rəsmi tvitter hesabı loqosuna Ukrayna bayrağını yerləşdirməkdən imtina edib.

OLAY yazır ki, bu hadisə sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.

Bir çoxları bunun təsadüf olmadığını iddia edib.

Məlumat üçün bildirək ki, bu il müsabiqədə rekord bal toplayan Ukraynaya ən az xal verən Serbiya olub.

Onu da qeyd edək ki, yarışmanın qalibi Ukrayna olsa da, davam edən müharibə şəraitinə görə müsabiqəyə Böyük Britaniya ev sahibliyi edir. Yarışma Liverpul şəhərində baş tutacaq. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda keçiriləcək.