Musiqi
Musiqi

Aygün Kazımova Moskvada beş obraz yaratdı

Aygün Kazımova Moskvada beş obraz yaratdı

Xalq artisti Aygün Kazımova ad günündə yenə adət-ənənəsinə sadiq qalıb.

OLAY yazır ki,  məşhur müğənni  yeni klipini sevənlərinin ixtiyarına verib.  “Vəfasızlar unudulmur” adlı mahnının sözləri Şahin İlqar, musiqisi İsmayıl Əsədova məxsusdur. Ekran işi Moskvada lentə alınıb.

Klipin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir. Çəkiliş Rusiyanın məşhur “Mag film Moscow” şirkətinin heyəti tərəfindən gerçəkləşdirilib. Klipdəki modellər də Rusiyadan seçilib.

Ölkənin əsas ulduzu klipdə beş fərqli obraz yaradıb. 

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.