Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq doğum günündə yeni layihəsini təqdim edib. Estrada ulduzu bu dəfə “Я в Нирване” adlı rus dilli albomuna daxil olan “Nirvane” mahnısına çəkilən klipini yayımlayıb.
OLAY yazır ki, sözügedən ekran işin rejissorluğunu Əli Abbasov, montajını Fuad Əlişov edib. Musiqisi Vladimir Vladimiroviç, sözləri Qredin Maksim Aleksandroviçə məxsus musiqinin klipi Azərbaycanda lentə alınıb.
Qeyd edək ki, pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib. Albom 6 mahnıdan ibarətdir.
“Я в Нирване” Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur.