Musiqi
Musiqi

“Meyxana hara, İran hara?” - Deputata cavab

“Meyxana hara, İran hara?” - Deputata cavab

Ağamirzə Məmmədov millət vəkili Sahib Alıyevin meyxana ilə bağlı qalmaqallı çıxışına münasibət bildirib. 

Bu barədə söz ustadı OLAY-a açıqlamasında danışıb. O, deputatın meyxanalarda İranın təbliğatının aparılması ilə bağlı ittihamı haqda bu sözləri deyib:

“Bu haqda düşünməli nəsə yoxdur. Meyxana hara, İran hara? Ola bilər ki, qafiyə düşüb İran adı çəkilib. Biz meyxanlarda yunan sözünü də işlədirik. Başqa söhbət, ya da İranın təbliğatı ola bilməz. Nəinki İran, ümumiyyətlə meyxanada siyasət mövzusu olmaz”. 

Qedək ki, S. Alıyev Milli İctimai birliklər və dini qurumlar komitəsinin iclasında “Meyxanalar İranın ideoloji doğmalarının təbliğatında mühüm rol oynayır” açıqlamasını verib.