“Avroviziya-2023” mahnı müsabiqəsinin Fransa təmsilçisi bəlli olub.
OLAY yazır ki, yarışmada 25 yaşlı müğənni La Zarra yer alacaq. Bu barədə o, instaqramda məlumat paylaşıb.
“Nəhayət Avroviziyada Fransanın rənglərini geyinəcəyimi elan etməkdən məmnunam”, - deyə, Zarra qeyd edib.
Xatırladaq ki, müsabiqə 9, 11 və 13 may tarixlərində Liverpulda baş tutacaq.