Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi istismarında, həmçinin homoseksuallığı və transseksuallığı təbliğ etməkdə ittiham olunub.
OLAY yazır ki, bu barədə “Weekly Blitz” xəbər verib. Qeyd olunub ki, Efiopiya Ümumdünya Federasiyası dövlət başçısı Lazarus Çakveradan sənətçi haqqında araşdırma aparmağı tələb edib.
“Uşaq alveri, cinsi istismar, cinsi köləlik, fırıldaqçılıq, aldatma, səlahiyyətdən sui-istifadə və ya uşaqların zəifliyi ilə bağlı təhqiqat aparılana qədər Madonna və onun tərəfdaşlarının afrikalı uşaqlarla əlaqəsi ehtiyat tədbiri olaraq məhdudlaşdırılmalıdır”,- deyə Efiopiya Dünya Federasiyasının bəyanatında deyilir.