Dünyaca məşhur müğənni Ledi Qaqa 12 ildən sonra yenidən dünya çartına daxil olub.
OLAY yazır ki, sənətçinin 2011-ci ildə təqdim etdiyi “Bloody Mary” mahnısı “Billboard Hot 100” siyahısına daxil olub. Mahnı hazırda 68-ci sıradadır.
Qeyd edək ki, Qaqa bəstəni Netflix-də təqdim olunan “Wednesday” filminin kadrları ilə yenidən dinləyicilərin ixtiyarına vermişdi.