Musiqi
Musiqi

Zelenski Eyvazovun xanımını “qara siyahı”ya saldı

Zelenski Eyvazovun xanımını “qara siyahı”ya saldı

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün 119 mədəniyyət xadiminə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

OLAY yazır ki, “qara siyahı”ya salınanlar arasında Rusiyanın Xalq artisti Anna Netrebko da yer alıb.

Sanksiyalara hesabların bloklanması, iqtisadi və maliyyə öhdəliklərinin, mədəni mübadilələrin və əməkdaşlığın dayandırılması, Ukraynaya girişin qadağan edilməsi, ölkənin dövlət mükafatlarından məhrum edilməsi və s. daxildir. Bu məhdudiyyətlər 10 il müddətində qüvvədə qalacaq.

Qeyd edək ki, A.Netrebko Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.