Ukraynalı müğənni Ani Lorak Ukrayna Prezidenti Volodimir Zelenskinin sanksiyalarına görə Kiyevdəki mənzilini itirib.
OLAY yazır ki, “StarHit” məlumat yayıb. Lorak daşınmaz əmlakının ümumi sahəsi 400 kv. metr, qiyməti isə 1, 5 milyon dollardır.
Qeyd edək ki, oktyabrın 20-də Zelenski Ukraynada doğulan, lakin Rusiyada işləyən müğənnilər Taisiya Povaliy, Ani Lorak və Anna Sedokova, həmçinin teleaparıcı Regina Todorenkoya qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.
Müvafiq sənəd dövlət başçısının saytında dərc olunub. Bundan əlavə, 2022-ci ildə Ani Lorakın şirkəti Rusiyada ləğv edilib