Bəstəkar-müğənni Murad Arif “Avroviziya” ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi tvitterdə “Murad Arif Avroviziya-2023 üçün mahnı yazıb” sualını cavablandırıb.
“Nə zaman ölkədə açıq mahnı seçimləri keçirilsə, o zaman yazacağam. Yoxsa ki, dəfələrlə müğənnini bilmədən mahnılar yazdıq. 3 gündən sonra xaricdə çəkilmiş klipləri ilə “Avroviziya” təmsilçimizi elan etdilər. Proses belə müəmmalı olmamalıdır! Belə olduğu müddətdə kimsə canını qoymaz”.