Musiqi
Musiqi

“Məqsədimiz yerli bəstəkar musiqisinin Avroviziyada səslənməsidir”

“Məqsədimiz yerli bəstəkar musiqisinin Avroviziyada səslənməsidir”

“Avroviziya-2023” Mahnı Müsabiqəsinin nümayəndə heyəti rəhbəri Vasif Məmmədov bu il baş tutacaq yarışma haqqında söz açıb.

OLAY yazır ki, V. Məmmədov 31 dekabrda başa çatan mahnı qəbulu prosesi üçün 200-dən çox müraciət edildiyini bildirib. O, həmçinin müraciətlərin əksəriyyətinin xarici bəstəkarlara məxsus olduğunu da qeyd edib.

“Bu ilə olan məqsədimiz və istəyimiz yerli bəstəkarın musiqisinin müsabiqədə səslənməsidir. Seçim prosesi əsasında eyni kriteriyalara uyğun yerli və xarici mahnı olsa, biz yerli mahnıya üstünlük verəcəyik. Yəni çox istəyirik ki, müsabiqədə Azərbaycan bəstəkarının musiqisi səslənsin. Nümayiş etdirək ki, bizim də istedadlı bəstəkarlarımız var. Ümid edirəm ki, bu gələcək illər üçün də bir stimul ola biləcək...

Sonda may ayında biz ürək rahatlığı ilə “əlimizdən gələni etdik” ifadəsini işlədə biləcəyik”.

Qeyd edək ki, Məmmədovun sözlərinə görə mahnı və təmsilçi seçiminin yanvar ayının sonunadək yekunlaşacağı gözlənilir.

Mənbə: 12 xal