Rusiyalı məşhur ifaçı Lolita maddi çətinliklərə görə butulka satdığını bildirib.
OLAY yazır ki, sənətçi fikirlərini belə ifadə edib:
“Başqa çıxış yolum yox idi. Cibimdə olan qəpikləri yeməyə, metroya getməyə xərcləmək lazım idi. Butulka satmağa məcbur oldum”.
O, söyləyib ki, bir dəfə onun Yeni ildə süfrəsi istədiyini kimi olmayıb. İfaçının sözlərinə görə, çətin anlarda çəkilişlərə, studiyaya, konsert geyimlərinə və iş üçün lazım olan digər şeylərə pul yığmağa məcbur qalıb.
“İş peşman ola bilməyəcəyiniz bir şeydir. Paltarlara heyfim gəlir, amma işə xərclənən pula yox - ən yaxşısı olmalıdır”, - deyə, Lolita bildirib.