Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş başına gələn vacib bir hadisədən danışıb.
OLAY yazır ki, o, bu barədə qonaq olduğu “Yanar saat” radio proqramında fikir söyləyib. Doğuş deyib ki, Allahla tanışlığı 18 yaşında baş verib və ilk mahnısını o zaman yazıb:
“Etdiyim bir xəta səbəbi ilə polisdən qaçırdım, qolumdan vuruldum. Binanın ən üst mərtəbəsinə çıxdım. Allahla ilk tanışlığım orada oldu. 18 yaşım var idi. Ondan əvvəl heç Tanrı ilə tanış olmamışdım.
Çünki həyatımı yanlış olan şeylərlə yaşayırdım. Həqiqət mənə heç zaman doğru kimi gəlmirdi. İlk tövbəmi etdim, birinci mahnımı yazdım. Bu zaman Allahın varlığına inandım. Dönüş nöqtəm bu oldu”.