Musiqi
Musiqi

Viza ala bilməyən Malik qəzəbləndi

Viza ala bilməyən  Malik qəzəbləndi

“Dəyirman” qrupunun keçmiş solisti, repçi ABD Malik Kələntərli ABŞ-a gedə bilmədiyi üçün qəzəblənib. 

OLAY yazır ki, bu səbəb səfirliyin ona viza verməməsi olub.  Bu barədə Malik instaqramda post paylaşıb. O, Amerika səfirliyinin fəaliyyətini tənqid edib: 

“Dostumla viza almaq üçün ABŞ-ın Azərbaycandakı səfirlliyinə müraciət etdik. Amma verilmədi. İmtinanın səbəbini soruşdum. Dedilər ki, verdiyimiz kağızda səbəb yazılıb. Halbuki heç bir səbəb yoxdur. Bu səfirliyə bircə söz demək istəyirəm!

Mənim Azərbaycanda ailəm işim və adım var! Buradan qaçıb Amerikada yaşamaq mənim tərzimdə deyil. Sadəcə işçinizin kefi olmadığına görə imtina almaq mənim üçün maraqlı oldu. Təəsüf ki, nə vaxtsa bu səfirlik ilə mədəniyyət layihələrdə iştirak etdiyim də yadlarından çıxıb”.