Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi “Fəlidən doğru xəbər” verilişində qonaq olarkən məktəbdə oğlanları döydüyünü etiraf edib.
“4 bacı idik, qardaşımız yoxdur. Acığım gəlirdi, oğlanlar nəsə deyəndə döyürdüm onları. Uşaq idim, istəyirdim oğlan kimi bacılarımı müdafiə edim. Mənə məktəbdə boksçu deyirdilər”, - deyə, E. Seyidcahan qeyd edib.