Musiqi
Musiqi

Leps qalmaqaldan sonra Rusiyanı tərk etdi

Leps qalmaqaldan sonra Rusiyanı tərk etdi

Rusiyanın Əməkdar artisti Qriqori Leps Sankt-Peterburqdakı bar qalmaqaldan sonra Rusiyanı tərk edib.

OLAY yazır ki, 39 yaşlı barmen Dmitri Q-nin burnunu sındıran sənətçi barədə kp.ru məlumat yayıb.

Hadisə şahidləri iddia edir ki, 60 yaşlı müğənni Milana uçan təyyarəyə minərkən İstanbul hava limanında görüntülənib.

Leps əvvəllər bir neçə dəfə Milanda istirahət edib, burada çoxlu dostları var, o, İtaliyanın qalan hissəsini gəzməyi də istəyirdi.

Qeyd edək ki, baş verən davadan sonra ifaçı zərərçəkənə təzminat ödəyib, faktla bağlı başlanmış cinayət işi bağlanıb.

Onu da bildirək ki, Yeni ilə qədər Qriqori Leps evə qayıtmalıdır. Dekabrın 31-də onun “Barvikha Luxury Village”də konserti var. Konsertdə ən bahalı masa müştərilərə təxminən bir milyon rubla başa gələcək.