Xərçəngdən əziyyət çəkən Samir Bağırov uzun müddət sonra açıqlama verib.
OLAY yazır ki, “Space magazin”in suallarını cavablandıran müğənni deyib ki, hazırda yeni mahnılar üzərində işləyir:
“Mən səhnədəyəm, heç yerə getməmişəm. Amma biz də insanıq, hərdən problemlər olur. Xəstəliklər, yaxud da şəxsi həyatla bağlı nələrsə baş verir”.
Qeyd edək ki, Bağırovun xərçəngə tutulması xəbərini OLAY yaymışdı.