WOW
WOW

Dilarədən parıltılı fotolar

Dilarədən parıltılı fotolar

Avroviziya təmsilçimiz Dilarə Kazımova yenidən diqqət mərkəzinə düşüb.

OLAY yazır ki, o, növbəti layihəsi üçün ciddi hazırlıqlara başlayıb. Bu hazırlıqların ilk addımı isə sosial mediada yayılan fotosessiya olub.

Yeni fotolarda parıltılı obrazda görüntülənən Kazımova bu dəfə vizual təqdimatı ilə marağa səbəb olub.

Fotosessiyasının ideya müəllifi Elton Hacıyev və Jalə Bağırovadır. “Body art” üzərində stilist Jalə Bağırova çalışıb.

Fərqli görüntüdə olan Kazımovanın fotolarını isə fotoqraf Ülvi Daşdəmirli çəkib. 

Qeyd edək ki, müğənni bu günlərdə “Parla” adlı mahnısını təqdim edib. Sözügedən şəkillər həmin layihə üçün lentə alınıb.