Yazıçı Tural Cəfərov (Qan Turalı) meyxanaçı Namiq Qaraçuxurlu ilə müğənni Əminə Şirinin ötən gün təqdim etdiyi mahnıya irad bildirib.
OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb. Qan Turalı mahnının “Meyxananın şah beyti qafiyədir” hissəsində ciddi səhvə yol verildiyini vurğulayıb:
“Şah beyt şeirin ən vurucu, ən parlaq beytidir: “O qara xalı versələr qanın içərəm” (Seyid Əzim) kimi. Qafiyə isə nəinki şah beyt, ümumiyyətlə beyti deyil. Buradan da göründüyü kimi meyxana nadanlığın nəriltisi, cəhalətin hay-küyüdür”.
Qeyd edək ki, sənətçilərin mahnısının adı “Meyxana”dır.