Musiqi
Musiqi

Bu klipinə görə səhnəyə çıxarmadılar

Bu klipinə görə səhnəyə çıxarmadılar

Müğənni Mabel Matiz GQ mükafatlandırma gecəsində özünə qarşı haqsızlıq eidldiyini açıqlayıb.

OLAY yazır ki, Mabel bu barədə instaqramda məlumat yayıb. O bildirib ki, mükafatlardan birini təqdim etməsi ona tapşırılıb.

Lakin son anda “Karakol” klipindəki qalmaqala görə, bu təklifi geri çəkiblər. Mabelin sözlərinə görə, “GQ Türkiye” bunun bir senzura deyil, təşkilatçılıq səhvi olduğunu bildirib.

Bundan sonra dərgi instaqramda status paylaşaraq Mabeldən üzr istəyib və bu addımın qəsdən atılmadığını, Matizə deyildiyi kimi, təşkilatçılıqla əlaqəli  yanlış olduğunu bildirib.  

Qeyd edək ki, sözügedən klipdə LGBTQ+ üzvlərinin sevgisi əks olunmuşdu.