Musiqi
Musiqi

“Bəziləri DJ-likdən başqa hər şeylə məşğul olurlar”

“Bəziləri DJ-likdən başqa hər şeylə məşğul olurlar”

“Bu günə kimi şou-biznesə qoşulmaq və tanınmaq kimi istəyim olmayıb. Amma səhv etdiyimi anladım”.

Bu sözləri OLAY-a tanınmış DJ Baxa (Bəxtiyar Abbasov) deyib. O, ad çəkmədən bəzi həmkarlarına söz atıb:

“Heç bir bacarığı olmayıb, özünü reklam edib, yaxşı pul qazanan “dj-cik”ləri görəndə fikirləşdim ki, reklamdan nahaq qaçıram. Məsələn, bəzi DJ-lər DJ-likdən başqa hər şeylə məşğul olurlar. Ona görə də onları sanballı, bahalı DJ kimi təsəvvür edə bilmirəm. Azərbaycanda az sayda yaxşı DJ var”.

Qeyd edək ki, Baxa 10 ildir DJ-lik fəaliyyəti ilə məşğuldur. Musiqiçi bir çox tanınmış klubda səhnə alıb.