MDB-nin məşhur müğənnisi Svetlana Loboda Litvada arzuolunmaz şəxslər siyahısına salınıb.
OLAY yazır ki, bu barədə Litvanın xarici işlər nazirinin mətbuat katibi Paulina Levitskaite bildirib.
Bu məlumatı Latviyanın “Delfi” mətbuatı da təsdiqləyib.
Litvanın mədəniyyət naziri Simonas Kairis qeyd edib ki, Rusiyanın Ukraynadakı addımları ilə bağlı ulduzun mövqeyi hələ də anlaşılmazdır. Bununla bağlı o, Lobodanın konsertlərinin təşkilatçılarını ifaçının çıxışlarını ləğv etməyə çağırıb.