Amerikan pop müğənni Madonna pərəstişkarlarını “Sex by Madonna” sərgisinə dəvət edib və instaqramda yeni fotosessiyasını paylaşıb.
OLAY yazır ki, şəkildə 64 yaşlı sənətçi kətan korsetdə şam işığında güzgü qarşısında dayanıb. Madonna görünüşünü döşəməyə qədər olan xəz palto, qızılı ayaqqabı, torlu tayt və boyunbağı ilə tamamlayıb.Madonna pərəstişkarlarına xatırladıb ki, noyabrın 29-dan dekabrın 4-dək Saint Laurent moda evinin kreativ direktoru Entoni Vakarello ilə birgə təşkil etdiyi “Madonna ilə seks” sərgisi Mayamidə keçiriləcək.
Qeyd edək ki, sərgi Madonna və fotoqraf Stiven Meyselin müğənninin ən səmimi kadrlarının yer aldığı qalmaqallı “Seks” kitabının 30 illiyinə həsr olunub.