“Niyə xarici ulduzlar turnedən, mükafatdan, konsertlərdən, məşqlərdən, səhnələrdən paylaşım edəndə bizdəkilər əsasən toy paylaşımları edir? Çünki, Azərbaycanda konsert vermək işin təbii halı deyil, bir lüksdur”,
OLAY yazır ki, bu sözləri Murad Arif social şəbəkədə yazıb. Müğənni konsert biznesi barədə status yazaraq yerli və xarici ulduzların müqayisəsini aparıb:
“Bir konsertin maliyyəsi (yəni məkan icarəsi, səhnə, dekor, işıqlar, səs, ansambl, rəqs kollektivi, reklamı, piarı) 30-40 min xərc təşkil edir. Və sponsor, dəstək olmazsa, bilet satışı o xərcləri qarşılamır.
Cəmi 1 meqapolisimiz var və 2 milyon əhalidən bilet alacaq pərəstişkar sayı, ildə 1 konsertə ancaq çatar.
Çünki, Azərbaycanda ən möhtəşəm rəqəmsal satışlar, milyonlarla klik, sənə nə maşın, nə ev, nə bağ, nə bahalı kliplər, nə də "Ulduz həyatının" maliyəsini verməyəcək!
Ona görə də, müqayisə etməyək, özümüzdən türk, rus, amerikan ulduzu uydurmayaq məncə. Qonşu ölkələrdəki, Murat Boz, Edis, Dorn, Dima Bilan və ya qeyrisi il ərzində 70-80 şəhərdə konsert verir, beləki, əhali sayı və bazar böyükdür.
Bizdə heç vaxt konsert biznesi və möhtəşəm digital satışlar olmayacaq. Reallıqla barışın və prosesdən zövq almağa çalışın. Musiqi musiqidir”