Musiqi
Musiqi

İşçisi Dreykə qulaq asdığı üçün qovuldu

İşçisi Dreykə qulaq asdığı üçün qovuldu

Dünyaca məşhur repçi Kanye Uest  keçmiş əməkdaşını Dreykə qulaq asdığı üçün işdən çıxarıb.

OLAY yazır ki, bu barədə NME portal məlumat yayıb. Məlumata əsasən, Uest ofisdə öz mahnılarını yerləşdirməyə üstünlük verib və digər sənətçilərin bəstələrinin daxil edilməsi təkliflərinə mənfi reaksiya göstərib.

Bundan sonra bir işçi onun iradəsini heçə saydığı üçün qovulub.

Digər bir əməkdaşı isə ofisə sarı rəngli trikotajda gəldiyi üçün vəzifəsindən azad edib. Nəşr yazır ki, Uest sahib olduğu “Yeezy” markasının işçilərini qara geyinməyə təşviq edib.