Dünyaca məşhur repçi Kanye Uest “Skechers” ayaqqabı brendinin ofisindən qovulub.
OLAY yazır ki, bu barədə “The New- York Post” məlumat paylaşıb. Reper Los-Ancelesdəki Skechers korporativ ofisinə sürpriz səfər edib. Nəşr bildirir ki, Kanye Uestin keçmiş həyat yoldaşı Kim Kardaşyan daha əvvəl “Skechers” ilə əməkdaşlıq edib. Ayaqqabı markası reperlə işləmək fikrində olmadığını bildirib.
Şirkətin iki rəhbəri müzakirənin mənasız olduğunu qeyd edib və musiqiçi məkandan çıxarılıması barədə göstəriş verib.
Qeyd edək ki, “Skechers” yəhudi Qrinberq ailəsi tərəfindən idarə olunur. Uest “Adidas”, “Gap” və “Balenciag”a ilə müqavilələrinin ləğvinə səbəb olan antisemit ifadələr işlətdikdən sonra ayaqqabı brendi ilə çalışmaq istəyib.