“İnstaqram” platformadakı saxta, spam və aktiv olmayan hesablara qarşı genişmiqyaslı təmizləmə həyata keçirib.

OLAY yazır ki, bot hesab əməliyyatından sonra bir çox məşhurun hesabında izləyici sayında diqqətçəkən azalmalar yaşanıb. Onların arasında Burak Özçivit, Sinem Kobal, Pınar Deniz, Teylor Svift, Selena Qomez, Ariana Qrande, Kayli Cenner və başqa məşhurlar da var.

Qeyd edək ki, influenserlər və məşhur şəxslər üçün izləyici sayı reklam müqavilələri və brend əməkdaşlıqlarında vacib meyardır. Lakin sosial media mütəxəssisləri bildirirlər ki, bot hesabların silinməsi uzunmüddətli perspektivdə daha real qarşılıqlı əlaqə göstəricilərinin ortaya çıxmasına səbəb olacaq.