İnternetdə əvvəllər heç vaxt dərc olunmamış, Ceffri Epşteynin şəxsi adası Litl-Sent-Ceymsə aid yeni fotolar yayılıb.
OLAY yazır ki, fotolardan birində çimərlik mənzərəsi və ərazinin tərtibatı əks olunub: açıq binanın qarşısında iki heykəl yerləşir, beton pilləkənlərin boyunca isə dibçəklərdə əkilmiş bitkilər düzülüb. Digər foto isə Epşteynin ofisinə nəzər salmağa imkan verir. Kadra iş masası və kompüter düşüb, divarlar boyunca kitab rəfləri yerləşir, otağın mərkəzində isə yastıqlarla təchiz olunmuş yumşaq qəhvəyi-ağ kreslolar görünür.
Başqa bir fotoda isə üzərində “Kənar şəxslərin girişi qadağandır” yazılmış iri ağ lövhə görünür. Lövhə ərazinin şəxsi mülk olduğunu bildirən xəbərdarlıq nişanıdır və böyük bir qayanın üstünə yerləşdirilib.