Bir neçə həftə əvvəl Hafsanur Sancaktutanla münasibətinə son qoyan türk aktyor Kubilay Aka açıqlama verib.
OLAY yazır ki, 31 yaşlı aktyor hazırda tək qalmaqdan məmnun olduğunu bildirib.
Şəxsi həyatı ilə bağlı danışan Aka “Özüm-özümlə qalmağın dadını çıxarıram. Bəzən düşünürəm ki, görəsən, tək olmaq daha yaxşıdır, yoxsa mən tək olanda daha yaxşıyam? Əlbəttə, nələrisə kiminləsə bölüşmək çox gözəldir. Amma tək olmağın da özünəməxsus bir zövqü var. Bu, bir qədər insanın hansı dövrdən keçməsindən asılıdır. Bəzən münasibətdə olarkən də insan özünə qapanmaq istəyir. Ona görə də hazırda tək qalmaq mənə bir az daha cəlbedici gəlir” sözlərini işlədib.