Medianın İnkişafı Agentliyi, ADA Universiteti və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirilir.
OLAY yazır ki, tədbirdə jurnalistlər üçün bir sıra mühüm məsələlər, - “WUF13 mövzuları və dialoqlar”, “Bakı şəhəri üzrə Baş Plan”, “WUF13 çərçivəsində müyəssərlik və inklüzivlik”, eləcə də “Yaşıl nəqliyyat və mikromobillik” kimi aktual istiqamətlər, - üzrə təqdimatların təşkili planlaşdırılıb.
Qeyd edək ki, şəhərlərin gələcəyi ilə bağlı beynəlxalq səviyyədə fikir mübadiləsi üçün mühüm platformalardan biri hesab olunan WUF13 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək.
(Operativ Media)