İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib.

OLAY AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılmış şərait və tədris imkanları barədə məlumat verib.

Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülüb və yerində yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 528 şagird yerlikdir. Burada müasir standartlara uyğun zəruri tədris şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya, məktəb hazırlıq qrupu otaqları, yeməkxana və idman zalında yaradılmış şəraitlə yaxından tanış olub.

Yeni məktəb binasında yaradılmış müasir tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Məktəbin kollektivi ilə görüşən Leyla Əliyeva onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini də ziyarət edib.

L.Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər. Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Ziyarətin sonunda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.

Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar