Fotosessiya
Fotosessiya

56 yaşlı Salma göz qamaşdırdı

56 yaşlı Salma göz qamaşdırdı

Meksika əsilli dünyaca tanınmış aktrisa Salma Hayek dekolteli libasda qala gecəsinə qatılıb. 

OLAY yazır ki, Hayek əri Fransua-Henri Pinault ilə birlikdə “LACMA Art + Film Gala -2022” incəsənət və kino festivalının qırmızı xalçasına gəlib.

56 yaşlı aktrisa dərin dekolteli parlaq libasda fotoqraflara poza verib. Ulduz geyiminə uyğun hündür əlcəklər və enli kristal qolbaqlarla görünüşünü tamamlayıb.

Makiyajda Hayek diqqətini gözlərinə cəmləyib, dodaqlarını giləmeyvə rəngli pomada ilə düzəldib.