Dünyanın ən məşhur zərgərlik markalarından olan “Tiffany Co”nun Türkiyə distribütoru, iş qadını Dilek Ertek yoxa çıxıb.
OLAY yazır ki, 71 yaşlı Dilek 74 yaşlı isveç sevgilisi ilə birgə tətil üçün gəmiyə minib. Daha sonra gəmidən yıxıldığı deyilən Erteklə indiyə qədər əlaqə yaratmaq mümkün olmayıb.
Onun ailəsi gəmi rəhbərliyini məhkəməyə verəcəyini bildirib. Ailə rəhbərliyin lazımi araşdırmanı aparmadığını və Dileyin otağındakı milyonlarla dollar qiyməti olan zinət əşyalarının tapılmadığını qeyd edib.
Əsas şübhəli isə Ertekin sevgilisi sayılır. Buna səbəb sevgilisinin hadisəni gəmi rəhbərliyinə 20 saat sonra xəbər etməsi olub. O, polis tərəfindən ifadəsi alındıqdan sonra kifayət qədər dəlil olmadığı üçün sərbəst buraxılaraq, ölkəsinə qayıdıb.
Dilek Erten və zinət əşyalarından isə hələ də xəbər yoxdur.