Qardaşı Selçuk Tektaş koronadan vəfat edən müğənni Alişan aylar sonra açıqlama verib.
OLAY yazır ki, sənətçi qardaşının ölümünün ardınca yaşadığı çətin günlərdən danışıb:
“Anamı bir neçə dəfə psixoloqa apardıq. Amma nəsə edə bilmədik. Hələ də səhv başa düşülər deyə gülməkdən utanıram. Lakin həyat davam edir. Güclü olmalıyam”.