Aparıcı Zümrüd Bədəlova estetik əməliyyatından sonra yaşadıqlarından bəhs edib.
OLAY yazır ki, o, bu barədə “Səhər mərkəzi” verilişində danışıb. Göz və qaş nahiyəsində dəyişiklik etdirən Zümrüd bunun həyatına çox təsir göstərdiyini deyib:
“Həyatım çox dəyişdi. Ümumiyyətlə insanın özünə güvəni artır, özünü gözəl hiss edirsən. Hətta Xəzər TV-dən getməyimə də səbəb oldu. Vaxtında çox böyük danışmışdım ki, heç vaxt heç nə etmərəm. Peşman deyiləm. Göz-qaş nahiyəsindən əməliyyat olundum. 6 ay mimiklarımı işlədə bilmədim”.