Fotosessiya
Fotosessiya

“Klon”un “Xədicə”si evlənir

“Klon”un “Xədicə”si evlənir

“Klon” serialının aktrisası Karla Diaz deputat və heyvan hüquqları müdafiəçisi ilə evlənir.

OLAY yazır ki, ekran işindəki Xədicə obrazı ilə məşhurlaşan braziliyalı sənətçi Felipe Bekariylə ailə qurur.

Bu barədə Felipe özü məlumat yayıb. O bildirib ki, sevgilisinə evlənmə təklifi edib:

“O, “hə” dedi. Sevgi, sədaqət - tanış olduğumuz ilk gündən birlikdə qurduğumuz şey budur! Bu güclü qadına heyranam. Mən səni sevirəm, Karla!”.

Cütlük toyun tarixini, eləcə də şənlik mərasiminin təfərrüatlarını açıqlamamağa üstünlük verib.