Fotosessiya
Fotosessiya

Heyli “Victoria's Secret”in siması oldu

Heyli “Victoria's Secret”in siması oldu

Dünyaca məşhur model Heyli Biber alt paltarı brendinin reklamına çəkilib.

OLAY yazır ki, podium ulduzu “Victoria's Secret”in yeni kampaniyadan kadrları sosial şəbəkədə paylaşıb.

25 yaşlı  model zümrüd yaşılı rəngdə bodi, jartiyerli qara corab və gümüşü hündürdaban ayaqqabıda poza verib. “Bayram ərəfəsində sevincinizi bölüşün”,- deyə Heyli posta şərh yazıb. 

Cəmi bir neçə saat ərzində Heyli Biberin paylaşımı yarım milyondan çox bəyənmə toplayıb və modelin özü də pərəstişkarlarından çoxlu təriflər alıb.