Fotosessiya
Fotosessiya

Nikola və Bruklin 8 uşaq istəyir

Nikola və Bruklin 8 uşaq istəyir

Bekhem ailəsinin gəlini Nikola Peltz gələcəklə bağlı planlarından danışıb.

OLAY yazır ki, o, Bruklinlə 8 uşaq dünyaya gətirsələr, xoşbəxt olacağını bildirib. 27 yaşlı aktrisa və model deyib ki, öz uşaqlarından əlavə, bir neçə uşaq övladlığa götürmək arzusundadır. 

Nikola deyib ki, Bruklin artıq hazırdır və həqiqətən də yaxın gələcəkdə uşaq sahibi olmaq istəyir.

“Bruklin uzun müddətdir ki, uşaq istəyir. Düşünürəm ki, bir neçə ildən sonra bunu etməliyik. Amma biz mütləq böyük bir ailə istəyirik. Onun üç qardaşı və bir bacısı var. Mənim altı qardaşım və bir bacım var”-,  deyə model müsahibəsində bildirib.