Fotosessiya
Fotosessiya

Kanye pul problemi ilə üz-üzə

Kanye pul problemi ilə üz-üzə

Kanye Uest bir neçə ay ərzində ciddi maliyyə problemi ilə üzləşir.

OLAY yazır ki, bu barədə “Page Six” xəbər yayıb. Nəşrin məlumatına görə, repçinin böyük xərcləri var və o, vəziyyəti düzəltməyin bir yolunu tapmasa, tezliklə bəlaya düçar ola bilər.

Bildirilir ki, Uestin ümumilikdə beş gəlir mənbəyi olub, onlardan dördü hazırda onun üçün tamamilə bağlıdır.

“Adidas” Kanye ilə əlaqələri kəsdikdən sonra gəlirinin təxminən dörddə üçünü itirib.