Amerikanın TV ulduzu Kim Kardaşyan və repçi Kanye Uest boşanıb.
OLAY yazır ki, hakim nikahın vaxtından əvvəl etibarsız sayılması, sonra isə əmlak bölgüsünə davam edilməsi vəsatəti ilə televiziya ulduzunun iddiasını təmin edib.
Kim həmçinin keçmiş həyat yoldaşının soyadından (rəsmi sənədlərdə Kim Kardaşyan Uest) imtina etmək qərarına gəlib. Bununla da, cütlük şəxsi münasibətlərinə birdəfəlik son qoyub.