Dünyaca məşhur iki müğənni- Britni Spirs və Selena Qomez arasında yaranan qalmaqal yenidən alovlanıb.
OLAY yazır ki, Britni həmkarının haqqında “instaqramda bədənlərinizi görmək istəmirəm” sözlərini illər sonra yenidən gündəmə gətirib və bunları yazıb:
“İnstaqramda bədən paylaşmağın mənə yaraşmadığı deyirlər, amma milyon dollarlıq klipdə dondurma yeyirlər və yalayırlar (Selenanın “Ice Cream” klipini xatırladır). İkiüzlü olmayın. Qadınların gözəl bədənləri var və bunu göstərməlidirlər, kimə nə?”.
Qeyd edək ki, S. Qomez 2016-cı ildə AMAS mükafat gecəsində Britniyə söz atmışdı.