Fotosessiya
Fotosessiya

Vüsalədən Könül Xasıyevaya dəstək

Vüsalədən Könül Xasıyevaya dəstək

Aparıcı Vüsalə Əlizadə müalicəsi üçün 254 min manat lazım olan Xalq artisti Könül Xasıyeva ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi ilə fotosunu paylaşan Vüsalə bu fikirləri qeyd edib:

“Mənim çox əziz, dəyərli sənətkarım. Siz həyatın hər sınağından alnıaçıq, üzüağ çıxmısınız. Bu çətin dönəmi də keçəcəksiniz, inşAllah. Allahdan ümid kəsilməz. Allah sizi Azərbaycan muğamına və bircə balanıza bağışlasın. Könül Xasıyeva sənətini sevən hər kəsdən rica edirəm, sənətkara dəstəyinizi əsirgəməyin, əziz izləyicilərim. Bank hesabı Könül Xasıyevanın səhifəsində var”.

Qeyd edək ki, xanəndə müalicəsi üçün Almaniyaya gedəcək.